İlkin Əhmədov:"Atamın qəşəng səsi vardı, oxuyurdu”

Xanəndə İlkin Əhmədov Cəbrayılda ata-baba yurdunu gördükdən sonra şeir yazıb.
“Sherg.az” xəbər verir ki, o bu haqda verilişlərin birində danışıb. Əməkdar artist şeiri ilə hər kəsi kövrəldib:
“Müharibə dövründə könüllü dəstək üçün cəbhə bölgəsinə yollandım. Son günlərə qədər oradan qayıtmadım. Qismət  oldu,  dağılmış, viran olmuş evimizə getdim. Orada  rəhmətlik atamın öz əlləri ilə tikdiyi hovuzu gördüm. O zaman ürəyimdən misralar keçdi.  Atam Bakıda dəfn olunub, gəlib onun məzarı başında yazdım:

Dur, ay ata, evimizə gedirik.

O evin, həyətin səni gözləyir.

Əlinlə tikdiyin hovuz da durur,

Suyu quyusundan səni səsləyir.

Ay ata, bir günlük, qalx məzarından,

Ayıbdır, bəs, o kənd bizə nə deyər?

Kəndinin bu sevincli bayram günündə,

Sən ora getməsən, səndən inciyər.

 Ata, məktəbdən heç xəbərin var?

Biz salam verəndə, heç  baxmadı da.

Hanı direktorlar, hanı müəllim?

Məktəbə belə də sevgimi olar?

Bizim kəndin üstündə  Cənnət bağı adlı bir yer var idi. Orada buz kimi bulaqlar axırdı. Cəbrayıl isti yerdir. O, istidən həmin bağa qaçanda  gözəl sərinlik gəlirdi.  Atamın qəşəng səsi vardı, oxuyurdu”.