İlkin Həsəni:“Space”lə əməkdaşlığa başlayırıq

“Bu il televiziya karyeramın düz 20 ili tamam olur. İyirmi il öncə televiziya rejissorluğu fakültəsinin ikinci kurs tələbəsi İlkin Həsəni anasının hazırladığı katlet çörəyi də paketin arasına qoyub, dərsdən sonra “106Fm” radiosuna yollandı”.
“Sherg.az” xəbər verir ki, bu sözləri feysbuk profilində aparıcı-aktyor İlkin Həsəni yazıb. O, fəaliyyəti barədə bunları söyləyib:
“Bir aylıq hazırlıq, məşqlərin ardınca 2001-ci ilin payızında ilk dəfə canlı yayına çıxdım. Daha sonrasını isə tamaşaçılarım bilirlər, ATV-də "ATV Maqazin", "Yeni Ulduz", "Bozbash Pictures" və digər layihələr məni mən etdi.

“Azad  Azərbaycan” televiziyasında  4 rəhbər dəyişimini görən tək-tük əməkdaşlardan oldum. Hər birinə ayrı ayrılıqda təşəkkürümü bildirirəm,  mənim üçün çox əziz olublar.

2013-də "İLK Media" haqqında düşündüm, yaratdım. İstehsal etdiyimiz film, serial, reklam, sosial çarxlar haqqında yazıb çox da başınızı ağrıtmayım. Hazırda sayı 25-ə yaxın kiçik kollektivimizlə az da olsa, nələrsə edirik. Şirkətimiz yarandığı gündən əməkdaşlıq etdiyi bir TV olub. O da doğma ATV kanalımdır.

Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq. Otyabr ayından etibarən “Space”lə əməkdaşlığa başlayırıq. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, hər birimizə uğur olsun”.