Ramiz Əzizbəylinin məzar daşı hələ də qoyulmayıb  - FOTOLAR

Üç ay öncə dünyasını dəyişən xalq artisti Ramiz Əzizbəylinin məzar daşı hələ də qoyulmayıb.
Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə “Sherg.az”a  mövzu haqda bunları söyləyib:

“Bildirmişdik ki, mədəniyyət və incəsənət xadimlərinin məzar daşının qoyulması üçün bizə əlavə büdcə ayrılmır. 

Bu məsələlər Mədəniyyət  Nazirliyinin səlahiyyətlərinə aid deyil. Amma dəfn mərasimində mümkün qədər  iştirak edirik, dəstəyimizi göstəririk”.

Qeyd edək ki, R.Əzizbəyli "Qurd qapısı" məzarlığında dəfn olunub.

Samirə