Mehriban xanım Zurufçunun dəfn mərasiminə əklil göndərib  - Fotolar

Dünən koronavirusdan dünyasını dəyişən əməkdar artist Yaqub Zurufçu bu gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

“Sherg.az” xəbər verir ki, sənətkarın dəfn mərasimində ailə üzvləri, media nümayəndələri, Mədəniyyət Nazirliyinin rəsmiləri iştirak ediblər. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva mərasimə əklil göndərib. Əklil sənətçinin məzarı başına qoyulub.

Samirə Ərəblinski