Burak Özçivit Qətərdə izdihamla qarşılandı 


Dünya çempionatının final matçını izləmək üçün Qətərə gedən məşhurlar sırasında türkiyəli aktyor Burak Özçivit də yer alıb.

Axşam.az xəbər verir ki, aktyor bu barədə sosial media hesabında paylaşım edib.

Bildirib ki, o, Adelali Binəlinin dəvəti ilə Qətərə gedib. Burak orada izdihamla qarşılanıb. 

Qeyd edək ki, final matçını izləyənlər arasında Fransa Prezidenti Emmanuel Makron, Tviterin rəhbəri İlon Mask, "Milan"ın futbolçusu Zlatan İbrahimoviç və digərləri də yer alır.