Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb

Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb.
"Report" xəbər verir ki, protokol Azərbaycan Türkiyə birgə Mədəniyyət Kommisiyasının dekabrın 19-da Bakıda keçirilən ikinci iclasının sonunda imzalanıb.
Sənəddə iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri əksini tapıb.