“Dünya gözəli” müsabiqəsinin qalibi seçildi


ABŞ-ın Nyu-Orlean şəhərində keçirilən 71-ci “Dünya gözəli” müsabiqəsinin tacını ABŞ təmsilçisi R'Bonni Qabrielle qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışda ikinci yeri Venesuela təmsilçisi Amanda Dudamel, üçüncü yeri isə Dominikandan Andreina Martines Funye tutub.

Müsabiqədə ümumilikdə 84 ölkədən təmsilçi iştirak edib.

Qeyd edək ki, ötən il müsabiqənin qalibi Hindistan təmsilçisi Harnaz Sandhu olub.