Ölümündən 51 il sonra Aşıq Veysəlin robotu konsert verdi: Görənlər heyrətləndi

Dünya şöhrətli xalq şairi Aşıq Veysəl Şatıroğlu vəfatının 51-ci ildönümündə də unudulmayıb.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Muhsin Yazıcıoğlu Mədəniyyət Mərkəzində təşkil edilən anım proqramında Sivas valisi Yılmaz Şimşək, ESTAŞ İdarə Heyətinin sədri İsmail Timuçin, Mədəniyyət və Turizm İl müdiri Əziz Ərdoğan, bəzi il protokol üzvləri və vətəndaşlar iştirak edib.

 
Tanıtım filmindən sonra proqram dünya şöhrətli türk alimi, robot texnologiyaları mütəxəssisi və heykəltəraş Adil Çelik tərəfindən 10 ayda inşa edilən Aşıq Veysəlin insanabənzər robotu ilə başlayıb.


 
Səhnəyə çıxan Aşıq Veysəlin robotu içərisinə yerləşdirilən cihaz sayəsində süni intellektlə xalq mahnılarını oxuyub.

Konserti izləyən vətəndaşlar Aşıq Veysəli səhnədə görəndə çox təsirləndiklərini və heyrətləndiklərini bildiriblər.