Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək.
Bu, Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilən və plenar iclasa tövsiyə edilən “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.