Boşanma halları bütün dünyada qloballaşıb -SOSİOLOQ
Yusif Nəzərli
07:43 09.04.2025
Sosial
395
Türkiyə ilə Azərbaycanda boşanma səviyyəsi yaxın nisbətdədir
“Ailə institutlarının dağılmaması üçün bütün ölkələr sosial media üzərinə bir nəzarət, müəyyən qadağalar qoymalıdırlar. Əks təqdirdə bu rəqəmlərin qarşıdakı illərdə daha da yüksələcəyini görəcəyik”
2025-ci ilə qədər dünyada boşanmaların ən yüksək olduğu ölkələrin yenilənmiş reytinqi açıqlanıb. Trend xəbər verir ki, "Divorce" agentliyinin apardığı hərtərəfli araşdırmalar nəticəsində boşanma nisbətləri, sosial və iqtisadi faktorlar da nəzərə alınmaqla reytinq tərtib olunub. Müasir cəmiyyətlərdə ailə və evlilik anlayışının dəyişməsi, fərdiləşmənin artması, iqtisadi böhranlar və rəqəmsallaşmanın münasibətlərə təsiri boşanmaların artmasında əsas səbəblər kimi göstərilir. Araşdırmada qeyd olunub ki, siyahının ilk sıralarında Avropa və Şimali Amerika ölkələri yer alır. Ailə qurmaqdan daha çox şəxsi azadlığa önəm verən cəmiyyətlərdə boşanma halları daha çox müşahidə olunur. Qeyd edək ki, siyahıya daxil olan 30 ölkənin tam sıralaması və boşanma faizləri agentliyin rəsmi saytında təqdim edilib. Siyahı isə belədir: 1. Maldivlər 5.52 2. Qazaxıstan 4.6 3. Rusiya 3.9 4. Moldova 3.8 5. Belarus 3.7 6. Çin 3.2 7. Ukrayna 3.1 8. Kuba 2.9 9. Nigeriya 2.9 10. Litva 2.8.
Sosioloq Mətanət Məmmədova “Sherg.az"a açıqlamasında bildirdi ki, bu gün boşanma halları bütün dünyada qloballaşıb. “Divorce” agentliyi bu barədə hərtərəfli araşdırma aparıb və ölkələrə görə yerləri sıralayıb:
- Qazaxıstanın bu siyahıda ikinci yerdə dayanması əhalisinin 70 faizdən artıq hissəsi müsəlman olan ölkə üçün həqiqətən də mənfi göstəricidir. İllər öncə müsəlman ölkələrində boşanma məsələsi nə qədər aşağı göstərici idisə, bu gün artıq müsəlman ölkələri Avropa ölkələrini geridə qoymaq üzrədir. Sanki Avropa ilə yerlərini dəyişiblər. Bir vaxtlar müsəlman ölkələrinin ailə dəyərlərinə qibtə edən, onların çoxuşaqlı ailələri qarşılığında bir və iki uşaqdan ibarət olan Avropa ailələri indi sanki “estafeti” bu ölkələrə ötürüb. Ailələr sürətlə dağılır, qalan ailələrdə isə uşaq sayı gündən-günə azalır, ailə quranların əksəriyyəti karyera arxasınca gedir, evliliyin 10-cu ilində hələ də uşaq, övlad dünyaya gətirmək barədə düşünməyənlər var. Qazaxıstanda da göründüyü kimi, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Boşanma sayının 4,6 nisbəti Qazaxıstanda ailə institutuna böyük zərbə dəydiyinin göstəricisidir. Məncə, burada əsassız heç nə yoxdur. Çünki hələ 2022-ci ildə Qazaxıstanda boşanma nisbəti hər 1000 nəfərə 2,3 təşkil edib. Buna əsasən demək olar ki, ötən iki ildə boşanma sayı daha da arta bilər. Çünki Qazaxıstanda da bizim ölkədə olduğu kimi, hər il qurulan ailələrin sayı azalır, boşanmalar isə artır. Düşünürəm ki, Qazaxıstanın bu araşdırmada 2-ci yerdə olması ölkə əhalisinin ümumi sayı ilə bağlı ola bilər. Qazaxıstanda əhalinin ümumi sayı 20 milyondan artıqdır. Görünür, 1000 nəfərə düşən nisbət yüksəldiyindən bu ölkə sıralamada ikinci yerdə dayanıb. Buna misal olaraq göstərmək istəyirəm ki, bu gün Türkiyə ilə Azərbaycanda boşanma səviyyəsi yaxın nisbətdədir. Baxmayaraq ki, Türkiyə əhalisinin sayı 85, Azərbaycan əhalisinin sayı 10 milyondan artıqdır. Qazaxıstanda boşanmaların səbəbi müxtəlif faizlərlə alkoqol, narkotik və qumar asılılığı, ailədaxili zorakılıq, xəyanət kimi göstərilsə də, lakin düşünürəm ki, səbəb bizim ölkədə də olduğu kimi, internet əsrinin bəlaları, sosial mediadan şüurlu şəkildə istifadə edilməməsi, sosial şəbəkələrin təqdim etdiyi “ideal həyat”lar və insanların bunu acgözlüklə qəbul edib öz real həyatlarından uzaqlaşması, bir sözlə, aldanması, aldadılmasıdır. İnternet əsri başladı başlamadı, çox şeylər tərsinə çevrildi. Yoxsa bütün dövrlərdə ailələrdə zorakılıq da olub, narkotik, alkoqoldan asılı insanlar da, xəyanət də. Lakin boşanma halları bu qədər qabarmamışdı.
Sosioloq bildirdi ki, ailə institutlarının dağılmaması üçün bütün ölkələr sosial media üzərinə bir nəzarət, müəyyən qadağalar qoymalıdırlar. Əks təqdirdə bu rəqəmlərin qarşıdakı illərdə daha da yüksələcəyini görəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya