“Əgər Alim Qasımovdan üzr istəmək lazımdırsa...” - Okan Bayülgen
09:40 12.01.2020
Mədəniyyət
1255
Bir neçə gün əvvəl türkiyəli aparıcı Okan Bayülgənin "Muhabbet Kralı” verilişində qonaq olarkən Xalq artisti Azərinin aparıcıya “Azəri deməyin, Azərbaycan türkcəsi deyin” sözləri müzakirə mövzusuna çevrilmişdi.
Axşam.az xəbər verir ki, O. Bayülgən “Okan Bayülgen ile uykusuzlar kulübü” verilişində məsələyə belə aydınlıq gətirib:
"Bir məlumat çatdırmaq istəyirəm. Üzr deyil bu, sadəcə bildirirəm. Azərbaycan türkləri ilə iki veriliş təqdim etdik. Həm mən müxtəlif məlumatlar aldım, həm də izləyicilərimiz razı qaldılar. Bir çox gerçəklər aydınlığa çıxdı. Dəyərli sənətçi Azərin xanıma ard-arda məlumatlar əldə etmək üçün suallar verdim. Nə üçün azəri deyilməməlidir, Azərbaycan türkü deyilməli olduğunu ondan öyrəndim. Məni və izləyicilərimizi məlumatlandırmaq üçün sualları ünvanladım. Ancaq mediada çıxan xəbərlər belədir “Okana sillə kimi cavab”. Axı mən sual verdim!”.
Aparıcı daha sonra Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın verilişdə qonaq olduğu zaman yaşanan anlaşılmazlığa aydınlıq gətirib:
"Azərbaycanın milli xəzinəsi olaraq qəbul edilən çox böyük bir sənətçi Alim Qasımovu və dəyərli Fərqanə Qasımovanı qonaq olaraq dəvət etdim. Verilişdə ilk olaraq onların ifalarını dinlədik, gözlərimizdən yaşlar axdı. Mən də o səsləndirmələr içərisində gördüyüm bir detalı sual verdim. “Siz çox özəl sənətçisiniz və yanınızda dəyərli sənətçi qızınız var. Nə qızınıza güzəşt edirsiniz, nə də yanınızda olan musiqiçilərə”. Sadəcə, mən o sözü çox diqqətli şəkildə türk sözləri ilə ifadə edərək dedim. Alim bəy təəccübləndi, mən də digər qonaqlar da başa düşmədik. Nə demək istədiyimi sual verdi, biz də açıqladıq. “Yaxşı” dedi. Veriliş sona çatdı, biz şəkillər çəkdirdik. Məlum oldu ki, o sözün başqa bir mənası var imiş. Mən güzəştə getmək demək yerinə türk dilində bu ifadəni söyləmişdim. İndi Azərbaycanda deyirlər ki, “efirdə bu sözü necə deyə bilər”. Bu əslində iki mədəniyyət arasındakı fərq deməyim, bəzi sözlərin hansı ifadə ilə dəyişildiyini bilmirik. Həm diplomatik, həm də mədəni münasibətlərdə bu fərqlər ortaya çıxır. Biz də bir şey başa düşmədik, bilsəydik yayımdan o hissəni kəsərdik. Daha sonra da bizə bunu bildirmədilər ki, “bunu necə deyə bilərsiz”. Biz bilsək o hissəni yayımlamazdıq.
Daha sonra Bakıdan tanıdığım azərbaycanlı dostlarım dedilər ki, “bunu demisən, amma təhlükəli sözdür”. Təbii ki, qızlarımızdan mən bu şəkildə danışa bilmərəm. Bunlar bir yerdə öyrəndiyimiz mədəni fərqlərdir. Elə bir niyyətim ola bilməz. Əgər üzr istəmək lazımdırsa, diləyə bilərəm. Amma mən burada üzr istənəcək bir şey görmürəm. Sadəcə, bu mədəni fərqi açıqlamaq istədim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol