Rasim Balayevin Prezidentlə maraqlı xatirəsi: “...Gördüm ki, heykəltəraşlar ağardı”
Yusif Nəzərli
09:26 03.04.2023
Mədəniyyət
565
Xalq artisti Rasim Balayev Prezident İlham Əliyevlə maraqlı xatirəsindən danışıb.
“Sherg.az” xəbər verir ki, bu barədə aktyor “Ötən günlər” proqramında qonaq olarkən açıqlama verib.
Balayev söyləyib ki, dahi şair Nəsiminin heykəlinin açılışı zamanı Ölkə başçısı ilə maraqlı dialoqları olub:
“Anar Rzayevin maşını ilə Nəsiminin heykəlinin açılışına gedirdik. Mən, Anar və Qabil İmamverdiyev idi. Ora çatanda gördüm ki, hamı pencəklə gəlib, mən də gödəkcə geyinmişəm. Fikirləşdim ki, yaxşı deyil,çünki Prezident kostyumla dayanıb, mən də gödəkcə ilə. Gödəkcəni çıxartdım, düşündüm ki, kimə verim, gördüm hamı nazirdir. Ona görə yenidən geyindim. İlham Əliyevin yanına yaxınlaşanda dedim ki, cənab Prezident, mən bir az xəstəyəm, bağışlayın. Dedi ki, eybi yoxdur. Sonra soruşdu ki, Rasim müəllim, sən canlı Nəsimisən, bu heykəl necədi? Heykəli də Fərhad Xəlilovun heykəltəraşları hazırlayıb. Prezidentin razılığını gözləyirlər ki, qonorar alsınlar. Desə ki, pisdi, bunlar batdı. Yaxşı olduğunu söyləsə, pulu alacaqlar. Dedim ki, cənab Prezident, çox yaxşıdır, amma... Belə deyəndə gördüm ki, heykəltəraşlar ağardı, yəni nə amma? Sonra söylədim ki, cənab Prezident, film də çəkilmir , mənə yaxşı pul versələr, səhərdən axşama kimi burada dayanaram.
Prezident də ürəkdən güldü, oradakılar elə bildilər, gülməli əhvalat danışmışam. Bununla da çatdırdım ki, kino çəkilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə