Unudulmayan Kayahan
Yusif Nəzərli
07:40 04.04.2023
Mədəniyyət
561
“Xəstəliyini ilk dəfə öyrəndiyində həkim ona demişdi ki, 6 ay ömrün var”
Dillərdən düşməyən mahnıların müəllifi və ifaçısı Kayahanın vəfatından 8 il keçir. Kayahan Açar 1949-cu ildə İzmirdə dünyaya gəlib. Atası Süleyman Açar zabit olub və Firuzan xanımla evlənib. Bu evlilikdən oğulları dünyaya gəlib, adını Kayahan qoyublar. Kayahanın uşaq vaxtından musiqiyə həvəsi olub. İlk təhsilini Qarsda, Fevzi Çakmaq məktəbində alıb. Atası tez-tez fərqli bölgələrə göndərildiyindən Kayahan da ölkəni diyar-diyar gəzib. Gənclik illəri Ankarada keçib. 1973-cü ildə Nur adlı xanımla evlənib. Qız övladları dünyaya gəlib. Lakin 1991-ci ildə cütlük ayrılıb. Kayahan İstanbulda professional musiqi dərsləri alıb. Musiqi aləminə gəlişi 1971-ci ildə “Yosun gözlü sevgilim – Bir məktubun var” mahnı albomuyla başlayıb. 1978-ci ildə “Avroviziya” yarışmasına qatılan Türkiyə üçün mahnı bəstələyib. 1980-ci ildə 45 bəstədən ibarət “Gözlə, Gülüm – Atəş” adlı mahnı albomunu təqdim edib. Səsləndirdiyi bütün mahnıların müəllifi Kayahanın özüdür. Onun mahnılarını Sezen Aksu, Zərrin Özər, Bilgen Bengü, Nilufər kimi türk pop “ulduzlar”ı səsləndirib. Onun “Gecələr”, “Qan dənələri”, “Əsmər günlər” mahnıları türk pop musiqisinin şedevrləri hesab edilir.
Sənətçi “Gecələr” mahnısına görə 1986-cı ildə “Qızıl Portağal” mükafatına layiq görülüb. Sənətçi TRT Musiqi kanalında uşaqlar üçün “Şənbədən şənbəyə” adlı proqram hazırlayıb və aparıcı olub.
1991-ci ildə “Yemin ettim” albomunu təqdim edib. Kayahanın həyat yoldaşı İpək Açar sənətçinin xəstəliyini necə qarşılamasından danışıb: “Xəstəliyini ilk dəfə öyrəndiyində həkim ona demişdi ki, 6 ay ömrün var. Ağlına ilk gələn bu oldu ki, elə bir mahnı yazsın ki, öldükdən sonra da onu bu mahnıyla daim xatırlasınlar. “Yemin ettim” mahnısı belə bir mahnı oldu. Kayahan “mən bu mahnını can ağrısyla yazmışam”, deyirdi.
Amma Allah ömür verdi, ondan sonra da daha neçə-neçə gözəl əsərlər yazdı. 1992-ci ildə “Otaqlarda işıqsızam” mahnı albomu ərsəyə gəldi. Həmin il sənətçi 29 oktyabr Cümhuriyyət Bayramında Ankara Qızıl Ay Meydanında böyük konsert verib.
1996-cı ildə isə “Allah kimsəni sevgisiz qoymasın” şüarı ilə “Canımın yarpaqları” adlı albomu tərtib edib. Sənətçi daha iki dəfə də evlənib, qızı Əsli Könül 2000-ci ildə dünyaya gəlib. 2004-cü ildə yenə xərçəng xəstəliyinə tutulub, müalicə alıb, bir müddət yaxşılaşıb, 2014-cü ildə təkrar vəziyyəti ağırlaşıb, 2015-ci ili aprelin 3-də sənətçi vəfat edib. Sənətçinin inanclı biri olduğu da məlumdur. “Ölüm cəza deyil, məncə, məzuniyyətdir”, söyləyən Kayahan verdiyi müsahibələrin birində belə deyib: “Cənabi-Allahın qatına çıxacaqsınız, orada hesab verəcəksiniz. Buradakı dünyanın yalan olduğunu əgər düşünsəniz, hüzur özü gəlib sizi tapacaq”. Kayahan milyonlarla sevənin göz yaşları ilə Kanlıca Mehrimah Sultan məzarlığında dəfn edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə