Türkiyə ilə media əməkdaşlığı daimi və strateji xarakter daşımalıdır - Ekspert

“Azərbaycan-Türkiyə media əməkdaşlığı ilk növbədə Azərbaycan üçün strateji önəm daşıyır”. 

Bunu “Sherg.az”a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.

Ekspert bildirib ki, Azərbaycan gənc dövlətdir və xüsusilə beynəlxalq informasiya mübarizəsində təcrübəsi zəifdir: 

“Mütəmadi olaraq erməni lobbisinin və Azərbaycana zərər vermək istəyən güclərin xüsusi təbliğati hücumuna məruz qalırıq. Müharibə dövründə bu sahədə dəstəyə daha çox ehtiyacı var idi. Türkiyə mediası daha təcrübəli və peşəkardır. Xüsusilə silahlı münaqişə bölgələrindən reportaj hazırlamaqla bağlı böyük təcrübəyə sahibdirlər. Amma bu media əməkdaşlığı sadəcə bir dövr üçün, ya da bir təhlükəyə qarşı olmamalıdır. Daimi və strateji xarakter daşımalı, ümumiyyətlə informasiya almaq azadlığına töhfə verəcək şəkildə olmalıdır. Burada söhbət medianın idarə olunmasından getmir. Əlbəttə, media azad olmalıdır. Amma zəruri hallarda cəmiyyətin və dünyadakı hər kəsin informasiya almaq azadlığına töhfə vermək üçün medianın koordinasiyası zəruri ola bilər”.