İcraçı direktor:"Bu, növbəti terror aktıdır"

"Bu gün bir qrup şəxsin minaya düşərək həlak olması Ermənistan Respublikası tərəfindən bizim media nümayəndələrinə və mülki şəxslərə qarşı törədilmiş növbəti terror aktıdır".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

Həlak olan şəxslərin yaxınlarına baş sağlığı verən icraçı drektor bildirib ki, Azərbaycan mediası olaraq bunu qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq.