Dünyada üzrə 1940 jurnalist koronavirusun qurbanı olub


2020-ci ilin martından bəri 94 ölkədən ən azı 1940 jurnalist koronavirus nəticəsində həlak olub.

Bunu mərkəzi qərargahı Cenevrədə yerləşən “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı bildirib.

Ölüm hallarının Banqladeş (68), ABŞ (67), İtaliya (61), Venesuela (59), Ekvador (51), Argentina (46), Rusiyada (42) və İran (34) kimi ölkələrdə qeydə alındığı vurğulanıb.

Bu rəqəmlərin yerli media, milli mətbuat assosiasiyaları və təşkilatlarının regional nümayəndələrinin məlumatlarına əsaslandığı qeyd olunub.

Mənbə: TASS