156 jurnalist bir arada - FOTOLAR

Alanya ikinci dəfə jurnalist ordusuna böyük ev sahibliyi edib.
27-30 Oktyabr 2022-ci il tarixində Türkiyənin Alanya şəhərində 156 jurnalist bir araya gəlib.
21 ölkə, İngiltərə, Almaniya, Rusiya, Yunanıstan, Gürcüstan, Albaniya, Niderrland, Ruminiya, Türkiyə, Azərbaycan, Kipr, Livan, Ukrayna, Qazaxıstan, Türkmənistan, Suriya, Avstriya və s. ölkələrdən gələn jurnalistlər öncə Alanya Aktif Jurnalistlər Cəmiyyətinin açılışında iştirak ediblər.

Azərbaycan Parlament Jurnalistlər Birliyi ilə Alanya Aktiv Jurnalistlər Cəmiyyəti arasında qardaşlıq protokolu imzalanıb.





 
Toplantının fəxri qonağı Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar olub. 

E.Tatar açılış zamanı jurnalistlərin suallarını cavablandırıb.

 

O, Kipr türklərinin Türkiyənin dəstəyi ilə mübarizələrini davam etdirdiklərini bildirib.

“Biz Beşbarmaq dağlarından Toros dağlarını görə bilirik. Bu prosesdə Türkiyə Cümhuriyyətinin qarantlığının qorunub saxlanması önəmlidir. Kritik prosesdə oynadığı oyunlara baxmayaraq Türk ordusunun Kiprdə çəkindirici qüvvə olaraq davam etməsi bizə qarşı olan tərəflərin niyyətlərini görməyə imkan verir. Bizim şimalla güneyi birləşdirmək hədəfimizdədir”.

Sonra Konseyin ümumi toplantısı olub.

 Proqramın açılış nitqlərini KGK sədri Mehmet Ali Dim, Alanya İlçe Baş məmuru Fatih Ürkmezer və KKTC Prezidenti Ersin Tatar edib.

 

Gecədə çıxış edən KGK sədri Mehmet Ali Dim mərasimə xarici olmaqla KGK-nın 156 üzvünün toplantıya qatıldığını bildirib.

 O qeyd edib ki, təşkilat olaraq son illərdə regional gücdən qlobal gücə çevrilmişik:

“Bütün Türkiyədə təşkilatlandığımız üçün hazırda əskik olduğumuz vilayət yoxdur. Hazırda KGK-nın 50 vilayətindən nümayəndələr aramızdadır. Üstəlik, 58 ölkədə 21 nümayəndəmiz də toplantımıza qatılıb”.


 
Lonicera World Hoteldə gerçəkləşdirilən mükafatlandırma mərasiminə Dünya Rusiya Media Şurasının sədr müavini Mixail Qusman, Dünya Mətbuat Şuralarının sədri və KKTC Mətbuat Şurasının sədri Prof. Dr. Melek Şule Aker, veteran jurnalist və yazar Yavuz Donat, Eko Türk TV sahibi Cengiz Özdemir, MESAM (Türkiyə Musiqi Əsərləri Sahibləri Peşəkar Dərnəyinin prezidenti) Rəcəb Ergül, MESAM İdarə Heyətinin üzvü və keçmiş Əmək naziri Mustafa Kul da iştirak edib.

Qala gecəsində məşhur jurnalist yazar Yavuz Donat, Ukrayna müharibəsi ilə bağlı verlişləri ilə dünyanın diqqətini çəkən krımlı qadın jurnalist Gülsüm Xəlilova və TÜRKSOY-un keçmiş prezidenti Düsen Kaseinov da mükafat alıb.

Türkiyə və KKTC-də 20-yə yaxın kanalda canlı yayımlanan seminar Eftelya otelinin konfrans zalında keçirilib.
Digər fəxri qonaq isə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu olub. O, qrafikinin intensivliyi səbəbindən gecəyə qatıla bilmədiyindən, telekonfransla tədbir iştirakçılarına müraciət edib.
M.Çavuşoğlu Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirlərinin çoxluğu səbəbindən gecəyə qatıla bilmədiyini vurğulayıb.
Cümhuriyyətin ikinci əsrini dünyada Türkiyə əsri etməyi hədəflədiklərini bildirən nazir, Türkiyənin son 20 ildə regional gücdən qlobal gücə çevrildiyini bildirib.
 “Biz səylərimizi artırmağa davam edəcəyik. Təbii ki, KKTC, Kipr xalqı, Azərbaycanın və bütün türk dünyasının hüquqlarını müdafiə etməyə davam edəcək”.
Tədbirin sonunda mükafatlandırılma mərasimi keçirilib. E.Tatara Qlobal Diplomatiya Mükafatı, sədaqət mükafatı "Sabah" qəzetinin yazarı Yavuz Donata, Türk dünyası mükafatı TÜRKSOY-un keçmiş prezidenti Düsen Kaseinova, media mükafatı TRT World Kanalı adından Antalya Region direktoru Hikmət Kocamana, jurnalistika mükafatı Ukraynadan nəşrləri ilə dünyanın diqqətini çəkən Krımdan olan qadın jurnalist Gülsüm Xəlilovaya təqdim olunub.