MEDİA Natavan Babayevanın ailəsinə başsağlığı verib 

Medianın İnkişafı Agentliyi xərçəngdən dünyasını dəyişən aparıcı Natavan Babayevanın ailəsinə başsağlığı verib.

"Sherg.az" xəbər verir ki, jurnalistlə bağlı paylaşımda qeyd olunub:

"Tanınmış televiziya aparıcısı Natavan Babayeva vəfat edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Natavan Babayevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!".