AzTV milli animasiya filmlərinin istehsalına başlayacaq - FOTO

AzTV növbəti ildən cizgi filmlər istehsal edəcək.
AzTV-dən verilən məlumata görə, bu barədə Ankarada səfərdə olan “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin sədri Rövşən Məmmədovla TİKA-nın sədri Serkan Kayalar arasında görüşdə razılıq əldə olunub.
Tərəflər iki qardaş ölkə arasında əməkdaşlığın televiziya sahəsində də inkişaf etdirilməsinin mühüm istiqamətlərini müzakirə ediblər.
Qeyd olunub ki, hazırda ən maraqlı və strateji sahələrdən biri milli dəyərləri, qədim türk tarixi və adət-ənənələrini özündə əks etdirən ortaq cizgi filmlərin hazırlanmasıdır.
Odur ki, TİKA-nın dəstəyi ilə 2024-cü ildə AzTV-də animasiya mərkəzinin yaradılması və yerli mütəxəssislərin hazırlanması, AzTV əməkdaşlarının TRT-də təcrübə mübadiləsi keçməsi qərara alınıb.