
Ermənistanın yaxın zamanda Aİ-nin tamhüquqlu üzvü olması nağıldır - RƏY
Yusif Nəzərli
10:55 26.03.2025
Siyasət
606
Ermənistan parlamenti respublikanın AB-yə daxil olması prosesinin başlanması haqqında qanun layihəsini ikinci və yekun oxunuşda təsdiqləyib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsinin lehinə 67, əleyhinə isə 7 deputat səs verib.

Politoloq Taleh Əliyev "Sherg.az"a bildirib ki, Ermənistan parlamentinin ölkənin Avropa İttifaqına (Aİ) qəbul olunması ilə bağlı başladılan prosesin yekunlaşmasına dair qanun layihəsini qəbul etməsi hələ Ermənistanın Aİ-yə üzv olması demək deyil:
"Əksinə, bu addım daha çox Ermənistanın Rusiyadan və onun nəzarətində olan layihələrdən uzaqlaşması baxımından əhəmiyyətlidir. Ermənistanın Aİ-yə üzv olması üçün müəyyən kriteriyalar mövcuddur və hazırkı şəraitdə İrəvan bu tələblərə tam cavab vermir. Eyni zamanda, bu qanunun qəbulu Rusiyanın Ermənistan üzərindəki təsirinin tamamilə bitməsi anlamına da gəlmir. Çox güman ki, yaxın gələcəkdə Rusiyanın Ermənistandakı "beşinci kolon" təmsilçiləri, kilsə və parlament nümayəndələri ölkədə siyasi gərginliyi artırmağa çalışacaqlar. Bu proses Nikol Paşinyan hakimiyyətinə qarşı ciddi təzyiqlərə səbəb ola, hətta siyasi böhrana gətirib çıxara bilər. Bundan əlavə, Ermənistan daxilindəki bu gərginlik sülh danışıqları fonunda erməni ictimaiyyətinə elə təqdim olunacaq ki, guya Paşinyan ölkənin maraqlarını qoruya bilmir, Ermənistanı "satır" və Azərbaycanın ya da Türkiyənin gizli agentidir. Bu baxımdan, parlamentin qəbul etdiyi qanun layihəsi Ermənistanın Rusiyadan tam qoparaq Aİ-yə inteqrasiya etməsi demək deyil".
Politoloq əlavə edib ki, hazırkı mərhələdə Aİ-də aparıcı güclərdən biri olan Fransanın Cənubi Qafqazda mövqelərini gücləndirmək cəhdləri də nəzərə çarpır:
"Bu, müəyyən ümidlər yaratsa da, onların tezliklə reallığa çevrilməsi ehtimalı azdır. Ümumiyyətlə, dünyada geosiyasi rəqabət fonunda Fransanın atdığı addımlar keçmiş böyük dövlətlərin yeni dünya düzənində milli maraqlarını təmin etməyə yönələn strategiyalarından biri kimi qiymətləndirilə bilər.
Bütün bunları nəzərə alaraq, Ermənistan parlamentinin ölkənin Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini qəbul etməsi onun yaxın zamanda Aİ-nin tamhüquqlu üzvünə çevriləcəyini deməyə əsas vermir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya