
Təbii mayalanma və doğuş üstün tutulmalıdır -TÖVSİYƏ
Yusif Nəzərli
06:56 10.10.2025
Sağlamlıq
459
Cinsiyyət seçimi haqqında miflər valideynləri aldadır
Həkim-ginekoloq: “Çin üsulu və qoroskoplarla cinsiyyət seçimi absurd və əsassızdır”
Kişinin (atanın) çəkisi doğulacaq övladın cinsiyyətinə təsir edirmi? Maraqlıdır ki, çinli tədqiqatçılar bu suala müsbət cavab verən araşdırmaya imza atıblar. “Medicina” xəbər verir ki, Çindən olan tədqiqatçılar, artıq çəkili və kök kişilərin oğlan atası olma ehtimalının çox olduğunu müəyyən ediblər. Kişinin artıq çəkisi onun uşaq atası olma ehtimalına təsir etməsə də, gələcək uşağın cinsinə təsir edir. Doğulacaq övladının qız, yoxsa oğlan olmasını istəyənlər atanın çəkisinə baxmalıdır. Məsələn, qız övladı istəyən ailələr kişinin çəkisini diqqətlə izləməlidir. Araşdırmalar göstərib ki, kişilərdə artıq çəki oğlan uşaq sahibi olma ehtimalını xeyli artırır. Bu araşdırmanın nəticələri bir qədər təəccüblü görünə bilər, lakin elm adamları oğlan və ya qızların doğulmasına stressdən tutmuş yeməyə qədər müxtəlif amillərin təsir etdiyini sübut etdilər. Çin alimləri sonsuzluq müalicəsi alan 8500 cütlüyün monitorinqini aparırlar. Onlar kişi çəkisinin oğlan və ya qız övladı olma ehtimalına təsirinin olub-olmaması ilə maraqlanıblar. Ümumiyyətlə, həmişə qızlardan bir qədər çox oğlan doğulur. Bunun körpəlikdə oğlan uşaqlarının daha yüksək ölüm nisbətini kompensasiya etdiyi güman edilir. Tədqiqat dövründə arıq kişilərdən 611-də oğlan və 569 qız dünyaya gəlib, yəni oğulların sayı ənənəvi nisbətə uyğun olaraq 7 faiz çox olub. Bununla belə, artıq çəkili və kök kişilər 27 faiz daha çox oğlan uşağı atası olublar ki, bu da mövcud statistikadan əhəmiyyətli dərəcədə fərqlənir.
Həkim-ginekoloq Fəxranə Hüseynzadə Sherg.az-a açıqlamasında bu tədqiqatın elmi əsasa söykənmədiyini bildirib:

- Tibdə belə bir yanaşma mövcud deyil. Cinsiyyətin formalaşması sırf xromosomlara bağlıdır, bu, təsdiq olunmuş elmi sübutdur. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız X cinsi xromosomlardır– 46 XX. Qadın orqanizmində digər cins xromosom ümumiyyətlə mövcud deyil. Kişi spermatozoidləri isə fərqlidir – 46 xromosomun 23-ü X, 23-ü Y-dir. Yəni 46 XY-dir. Cinsiyyətin oğlan olması üçün Y xropmosomunun qadındakı X xromosomu ilə birləşməsi lazımdır. X xromosomu Y xromosomu ilə birləşdikdə oğlan, X xromosom X ilə birləşdikdə isə körpənin cinsiyyəti qız olur. Son illərdə cütlüklər cinsiyyət seçiminə həddindən artıq meyillidirlər. Cinsiyyət seçimini yalnız süni mayalanma ilə etmək mümkündür.
F.Hüseynzadə süni mayalanmaya əsassız yerə müraciətlərin əleyhinə olduğunu da vurğuladı:
- Süni mayalanmaya o zaman ehtiyac yarana bilər ki, cütlüklərdə hər hansı çatışmazlıq, müəyyən xəstəliklər, qadında hansısa ginekoloji problemlər mövcud olsun. Adi hallarda isə təbii mayalanma və təbii doğuşa üstünlük vermək, cinsiyyət seçimi etməmək məsləhətdir. Bəzən görürük, xanımlar həkimə gedir, folekulların hansı yumurtalıqda – sol və sağda yetişməsinə görə, guya cinsiyyət seçimi edilir. Bəziləri çin üsulu cinsiyyət qoroskopu ilə hesablama aparırlar və sair. Bunlar aldadıcı üsullardır. Uşağın cinsiyyətini qoroskopla, köklük, arıqlıqla təyin edə bilmək absurddur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya