Baş yazar:““Reket jurnalist” ifadəsi mediamıza zərbədir”
Fidan Həmişəyeva
14:19 02.09.2021
Media
1665
Maksa taxmayan vətəndaşları şantaj edən “jurnalist” saxlanılıb. Müəyyən edilib ki, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı kimi təqdim edərək şantaj yolu ilə pul tələb edib. F.Əliyev Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək, 1400 manat məbləğində pul tələb edib. Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.
Müəyyən edilmiş faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə barədə “Sherg.az”a danışan "YeniÇağ" Media Qrupun rəhbəri Aqil Ələsgərin qənaətincə, cəmiyyətimizdə nə qədər ki, naqislik, rüşvətxorluq və korrupsioner məmurlar olacaq, onlara adekvat olaraq belə “parazitlərin” də sayı azalmayacaq:
“Bu, bir aksiomdır. Məsələ burasındadır ki, belə şəxslərə “reket jurnalistlər” deyilir. “Reket” sözü ilə “jurnalist” sözünü bir araya gətirmək əslində media işçisi üçün ən böyük zərbədir, belə şəxslərə jurnalist adını vermək olmaz. Bütün sahələrdə yararlı və yaramaz insanlar var. Ancaq sözügedən hadisədə “reket jurnalist” ifadəsini işlətməyin özü qüsurludur və jurnalistikamıza zərbədir.
Bu baxımdan ad məsələsində yekdil fikrə gəlməliyik.
Belə şəxslərə “dilənçi”, “saxtakar”, “reket”, “dələduz” deyə bilərik, amma “jurnalist” demək düzgün deyil. Qarşımızda duran əsas məsələ jurnalist adını təmiz saxlamaqdır. Hazırda ölkəmizdə kifayət qədər təmiz, halal maaşını alan, hətta ala bilməyən o qədər jurnalistlər var ki, bu cür hadisələr zamanı onların da üzərinə kölgə düşür.
İnsanların işinə gələndə jurnalist ən yaxşı şəxsdir, haqq-ədaləti müdafiə edir, ancaq kimisə tənqid edəndə “reket” sözünü “jurnalistlə” yan-yana qoyub həmin şəxsi qaralayırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət