
“Anamın tənha məzarını ziyarət etmək istəyirəm” - Xocalılar qayıdır…
Yusif Nəzərli
11:40 03.01.2024
Müsahibə
4703
Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Kərkicahan, Malıbəyli, Quşçular sakinlərinə yeni ildə dogma yurdlarına qayıdacaqları müjdəsi əslən Xocalıdan olan həkim Elnur Qasımovu da hər kəs kimi sevindirib və duyğulandırıb. “Sherg.az”a açıqlamasında Elnur həkim qeyd etdi ki, Xocalı faciəsi yaşananda 11-ci sinifdə oxuyurdu:

- Ailəmiz Bakıda yaşayırdı. Atam Mübariz Qasım oğlu Allahverdiyev Xocalıda doğulub, Bakıya təhsil almağa gəlib. Atam Tibb Univeristetinin müəllimi idi, həkim işləyirdi. Ailəmizdə həkimliyə xüsusi rəğbət olub. Əmim də həkim idi. Soyadımız Allahverdiyevdir, amma böü əmim Qasım babamın adı yaşasn deyə, nəvələrin soyadını Qasımov yazdırmağı məsləhət görüb. Ona görə atamla soyadımız fərqlidir. Atam Allahverdiyevdir, mən Qasımov. Bakıda yaşasaq da, burada məktəə getsəm də yay tətilində həmişə Xocalıya, babamgilə gedərdim. Yayı orada keçirərdim. Xocalı faciəsi bizim ailəyə də faciələr yaşatdı. Doğmalarımız, qohumlarımız köçkün düşdülər. Cənab Prezidentin çıxışı, çıxışı zamanı Xocalı sakinlərinin də 2024-cü ildə dogma yurdlarına qayıdacağı müjdəsi hamı kimi bizi də çox sevindirdi, qürurlandırdı. Hayıf ki, anam bu günü görmədi. Anam tez dünyasını dəyişmişdi. Məzarı Xocalıdadır. Xocalıya qayıdacağımız günü həm də buna görə səbirsizliklə gözləyirəm, anamın tənha qalmış məzarını ziyarət edəcəm…
Qeyd edək ki, Elnur Mübariz oğlu Qasımov Azərbaycan Dövlət Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasında çalışır, cərrahdır. Doktor deyir ki, Xocalıda tibb müəssisələri fəaliyyətə başladıqda ehtiyac olarsa, o da çalışmağa hazırdır:
- Bütün Qarabağda tikinti-quruculuq, abadlıq işləri aparılır. Xankəndidə universitetin açılması barədə Prezident sərəncam imzaladı. Universitet nəzdində tibb fakültəsi açılarsa, klinik bazalar qurularsa, ixtisaslı kadr kimi, əlbəttə, orada çalışaram, el-obamıza xidmət göstərərəm.
E.Qasımov bildirdi ki, Xocalıda babasının evi indi yoxdur:
- Babamın evi var orda. Yay tətilinə gedəndə babamgildə qalırdım. İşğal illərində internetdə şəhərimizin görüntüləri bəzən yayılırdı. Orda görmüşdüm ki, babamın evinin bir hissəsi dağılıb. Bir hissəsində ermənilər yaşayırdı. Pis günə qoymuşdular evi. İndi bilirəm ki, o ev sökülüb. Yəqin bərbad vəziyyətdə imiş. Evin yerində yenisi tikiləcək. Atam ata evindən çıxmışdı, biz Bakıda yaşayırdıq, amma əmim aləsiylə ata evində qalırdı. Xocalı sakinləri bilir, işğaldan bir qədər əvvəl Xocalıda yeni xəstəxana binası tikilmişdi, düzdü, hələ təhvil verilməmişdi. Amma bina hazır idi. Xəstəxana binasının yanında “Yoncalıq” deyilən ərazi vardı. Atam oradan 10 sot torpaq sahəsi almışdı ki orda ev tiksin öz ailəsi üçün. Yəqin ki həmin ərazini taparıq, bəlkə yenidən orada ev tikildi. Kiçik bibimin yaşadığı ev hazırda təmir olunur. Xocalıya köçəcək doğmalarımız həmin günü səbirsizliklə gözləyirlər.
E.Qasımov Xocalı faciəsi qurbanlarının xatirəsinə abidənin olmasını vacib sayır:
- Abidə vacibdir. Bu bizim qan yaddaşımızdır. Yaşanan real tarixdir. Abidə mütləq olmalıdır ki övladlarımız ora gedəndə görsünlər, tariximizi, erməni qəsbkarlarının xalımıza hansı faciələr yaşatdığını bilsinlər. Belə bir abidə övladlarımıza, gənc nəslə müəyyən hisslər yaşadacaq. Bu, çox vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm