İsrail Suriyanın cənubuna zərbə endirdi

İsrail ordusu Suriyanın cənub bölgəsinə aviazərbə endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Rəsmi məlumatda bildirilir ki, hücumun hədəfi "bir neçə tank" olub.
Zərbənin səbəbi və nəticələri barədə əlavə məlumat verilməyib.