KTMT-nin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının vaxtı açıqlandı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı bu ilin 26–27 noyabr tarixlərində Qırğızıstanda baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, noyabrda keçiriləcək iclas KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının toplantısından əvvəl gerçəkləşəcək.