Nepalda iğtişaşlar: Baş nazir istefa verdi

Nepalın Baş naziri Şarma Oli istefa verib.
Axar.az xəbər verir ki, bu barədə “İndia Tudey” məlumat yayıb.
“Nepalın Baş naziri Şarma Oli ölkədə iğtişaşların artması fonunda vəzifəsindən istefa verib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Nepalda sosial şəbəkələrin istifadəsinə qoyulan qadağadan sonra kütləvi etirazlar başlamışdı. Bu gün Nepal hökuməti qadağaları dayandırmışdı.