
Qərbə qarşı çəkindiricilik vasitəsi: Tehran hakimiyyəti nüvə proqramından imtina etmək niyyətində deyil
12:20 07.04.2025
Dünya
487
İran nüvə silahı hazırlamaq yolunu tutmalıdır ki, Qərblə bərabər şərtlərlə danışıqlar apara bilsin. Bunu iranlı deputat Məhəmməd Qasım Osmani deyib.
Deputat bildirib ki, hərbi münaqişədən qaçmaq ağlabatan və məntiqlidir, lakin qlobal təkəbbür bizə başqa seçim qoymadı. Əgər zorakılıqla və həddindən artıq tələblərlə mübarizə aparmaq üçün başqa vasitəmiz yoxdursa, yeganə yol çəkindirici vasitə kimi nüvə silahının yaradılması istiqamətində sürətli addımdır.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran aprelin doqquzunu milli nüvə texnologiyasına yiyələndiyi gün kimi qeyd edir:

“İran hakimiyyəti üçün nüvə texnologiyası təkcə elmin inkişafı, qeyri-hərbi sahədə tətbiqi sayılmır, eyni zamanda Qərbə, xüsusilə Amerika və İsrailə qarşı çəkindiricilik vasitəsidir. İrana qarşı təzyiqlər də məhz Tehran hakimiyyətinin atdığı addımlara əsaslanır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin yaxın vaxtlarda İrana səfəri gözlənilir. Sözügedən səfər zamanı beynəlxalq ictimaiyyəti, ABŞ və İsraili maraqlandıran məsələlərə aydınlıq gətirilə bilər. Ancaq Tehran hakimiyyəti bütün istiqamətlərdə nüvə proqramından imtina etmək niyyətində deyil. Çünki ABŞ və İsrailin İrana tələblərindən biri bütün istiqamətlərdə nüvə proqramından imtina etməsidir. Tehran isə bildirir ki, onlar Liviyanın etdiyi səhvi təkrarlamayacaqlar. Çünki 2003-cü ildə Liviya prezidenti Muəmmər Qəddafi nüvə proqramından imtina etmişdi və nəticə etibarıyla hakimiyyəti ilə bağlı müəyyən hadisələr baş vermişdi. Ona görə də İran hakimiyyəti qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə etmək üçün nüvə proqramından əl çəkmir. Qarşı tərəf isə İranı onların nüvə obyektlərini vurmaqla hədələyir. Fikrimcə, Qərblə İran arasında bu gərginlik uzun müddət davam etməyəcək. Tehran hakimiyyəti məsələ ilə bağlı Qərblə danışıqlara gedəcək. İranın xarici işlər naziri Abbas Araqçı bəyan edib ki, ABŞ ilə danışıqlara hazırdırlar və buna görə qarşı tərəf sanksiyaları yumşaltmalıdır. Digər tərəfdən isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai söyləyib ki, ehtimal olunan ABŞ İran danışıqlarında vasitəçiliyi Oman edəcək. Ona görə də danışıqlarla bağlı nikbin ehtimallar var. Əgər İran hakimiyyəti nüvə silahı hazırlayarsa, region üçün ciddi təhlükələr yaradar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm