Həmsədrlərin susqunluğu: Paşinyanın sərsəm mövqeyi Minsk Qrupunun sülh təşəbbüsünü heçə endirir 

Deputat: "Azərbaycanın mövcud hərbi gücündən istifadə etməkdən başqa çıxış yolu qalmır"



"Paşinyan və onun komandası Azərbaycan torpaqlarının işğal edilməsi faktını ört-basdır etməyə çalışırlar". Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib

Deputatın sözlərinə görə, məhz bu baxımdan ermənilər son günlər absurd açıqlamlar verərək Qarabağın tarixən ermənilərin ərazisi olduğu yalanını ortaya atırlar: 

“Yəni düşmən konkret olaraq bəyan edir ki, torpaqlarımızı azad etmək fikri yoxdur. Əfsuslar olsun ki, həmsədr dövlətlər də onların sərsəm bəyanatlarına görə, heç bir mövqe ortaya qoymurlar. Belə çıxır ki, həmsədr dövlətlərin özləri də işğalçı ilə həmfikirdilər. Əgər elə olmasaydı, vasitəçilər dərhal Paşinyanın sərsəm açıqlamalarına reaksiya verərdilər. İşğalçını cəzalandırmaq üçün nəsə edərdilər, amma heç bir addım atmırlar. Belə olan təqdirdə Azərbaycanın mövcud hərbi gücündən istifadə etməkdən başqa çıxış yolu qalmır. Biz hərbi vasitədən yararlanaraq ərazi bütövlüyümüzü təmin etməliyik. İndiki halda heç bir sülh danışıqlarından söhbət getmir”.

Parlament vurğulayıb ki, ermənilərin bəyanatları, həmsədrlərin susqunluğu göstərir ki, problemi danışıqlar yolu ilə həll etmək mümkünsüzdür

“Yeganə yol odur ki, Azərbaycan beynəlxalq hüquqa və öz konstitusiyasına əsaslanaraq ərazi bütövlüyünü bərpa etsin. Bunun da yolu hərbi gücdən istifadə etməkdir. Artıq dünya beynəlxalqla hüquqla, ədalətlə yox, güclə, haqsızlıqla olunur. Buna görə də bizə başqa çıxış yolu görünmür. Çünki düşmənin torpaqlarımızı tərk etmək fikri yoxdur”.