Ermənistanın işğalçı mövqeyi dəfələrlə sübut olunub

“Ermənistanın baş naziri Nikol Paşinyan da, XİN rəhbəri Zöhrab Mnatsakanyan da müharibə ritorikasına üstünlük verirlər”. Bunu Sherg.az-a açıqlamasında gənc politoloq Fuad Heydər deyib

Siyasi şərhçi bildirib ki, erməni rəsmilərinin sərt bəyanatları tamamilə absurddur: 

“Belə məqamda sülh danışıqlarının davam etməsi mümkün deyil. Ermənistanın işğalçı mövqeyi dəfələrlə sübut olunub. Nikol Paşinyanın Xankəndində söylədikləri də göstər di ki, artıq Ermənistan tərəfi sülh yox, birbaşa müharibə istəyir. Məncə, Dağlıq Qarabağ məsələsində müharibə qaçınılmazdır. Ali Baş Kkomandanımızın əmr verəcəyi təqdirdə güclü Ordumuz öz sözünü deyəcək. Artıq təcavüzkar Ermənistan tərəfi ilə Xarici İşlər Nazirliyi yox, Müdafiə Nazirliyi məşğul olmalıdır”.