Qarabağda ekoterror: Ermənilərin vəhşi xisləti üzə çıxır

“İstənilən metodla, orada baş verə biləcək meşə yanğınlarının qarşısı alınmalıdır” 

Ermənilərin Qarabağdakı vandallıqları bitib tükənmir. Artıq azad etdiyimiz torpaqlarda otuz il olduğu kimi, indi də öz nəzarətləri altındakı ərazilərdə ekoloji terror törədirlər. Nəticədə atmosfer çirklənir, fauna və floraya ciddi ziyan dəyir.

 “Altay” sosial-iqtisadi araşdırmalar mərkəzinin sədri, sosioloq Elçin Bayramlı mövcud vəziyyət barədə “Sherg.az”a danışdı:

“Qarabağda müvəqqəti qarışıqlıqdı.  Hələ ki, bəzi ərazilərə tam nəzarət edilə bilmirik deyə, ermənilər belə terror aktlarına al atırlar. Orada qalan mülki ermənilər arasında diversantlar və terrorçuların olması ehtimalı yüksəkdir. Lakin ölkəmizin fəzada süni peyki var. Bundan başqa, digər müşahidə imkanları mövcuddur.

Belə hallar aşkar olunduqda həmin əraziyə hərbi müdaxilə edilməli, bunu edənlər sərt cəzalandırılmalıdır. Meşə yanğınları törədilməsinin qarşısını almaq üçün ediləcək müdaxiləyə heç bir xarici qüvvə etiraz edə bilməz.

Çünki dünya bunun nə demək olduğunu bir ildir daha aydın görür- Amazonda, Sibirdə, Avstraliyada, Kaliforniyada, indi də Türkiyədə baş verən nəhəng yanğınların necə qlobal ekoloji fəlakətə səbəb olduğunu hamı anladı. Qarabağın bir hissəsində təhlükəsizliyə nəzarət edən Rusiya sülhməramlıları qarşısında da əraziyə nəzarətin artırılması tələbi qoyulmalıdır.

Mütamadi olaraq onlarla birgə komissiya formasında reydlər keçirmək, nəzarət postları qoymaq olar. İstənilən metodla, orada baş verə biləcək meşə yanğınlarının qarşısı alınmalıdır”.