Türkiyəli ekspert: “Qarşıdakı bir neçə ildə qalıcı sülh müqaviləsinin imzalanması ehtimalı çox azdır”

Region yenidən “qaynar qazana” çevrilib. Belə demək mümkünsə, “gur yağışlar yağır”. Hansı formada- yekun sülh müqaviləsi və ya müharibə ilə sakitliyin təmin olunması isə hələlik müəmmalıdır. Amma proseslər onu göstərir ki, indiki vəziyyət çox davam edə bilməz. Mütləq ciddi addımlar atılmalıdır.

​Türkiyəli jurnalist, beynəlxalq məsələlər üzrə ekspert Deniz Berktay yekun sülh müqaviləsi barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Azərbaycanla Ermənistan arasında yumşalma yarana və regiona uzunmüddətli atəşkəs rejimi gələ bilər. Amma qarşıdakı bir neçə ildə qalıcı sülh müqaviləsinin imzalanması ehtimalı çox azdır. Belə olsa, Paşinyan hakimiyyəti üçün təhlükə yaranar. Ermənistan cəmiyyəti hakimiyyətin atacağı addımlara hazırlaşdırılmalıdır. Növbədənkənar parlament seçkiləri baş nazir üçün əslində belə bir füsət yaradıb. Beləliklə, Türkiyə və Azərbaycanın Paşinyan hakimiyyəti ilə müəyyən şərtlər daxilində yaxınlaşması, regionda sabitliyin yaranması və gələcəkdə daimi atəşkəsin əldə edilməsi üçün zəmin yaranıb. Əsas məsələ bundan istifadə etməkdir”.