“Xankəndindən qovulmuş azərbaycanlılar geri qayıdır”


“Ermənilərin tərəfində çıxış edən rusiyalı politoloqlardan biri ilə son söhbətim zamanı ona Xankəndində olub-qalan ermənilərin  köçünün artıq başladığını və ermənilərin bu köçü saxlamaqda aciz qaldığını bildirdim. Və soruşdum ki, ermənilərin Xankəndini atıb qaçmasında kim günahkardır?”

Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib. Politoloq daha ətraflı “Sherg.az”a danışdı:

“O da mənə ritorik sualla cavab verdi: “Bəs sənin xəbərin varmı ki, Azərbaycan Xankəndidən 30 il bundan əvvəl zorla qovulmuş 20 minə yaxın əhalini ilk növbədə geri qaytarmaq haqqında qərar qəbul edib və bu istiqamətdə ciddi hazırlıqlar gedir?  30 il bundan qabaq sayı 20 min olan azərbaycanlılar indi 60 mindən artıqdır və onların Azərbaycan əsgərlərinin nəzarəti altında Xankəndində yerləşdirilməsi orada yaşayan ermənilər üçün nə demək olduğunu bilirsənmi?”. Rus politoloqun dediyinə görə, ermənilər bu prosesin qarşısını almaq üçün dəridən-qabıqdan çıxsalar da,  heç nəyə nail ola bilmirlər. 10 noyabr müqaviləsi  onların “əl-qolunu çox möhkəm bağlayıb”. Rusiya da bu məsələdə Azərbaycanla həmfikirdir. Xankəndindən qovulmuş azərbaycanlıların  geri qayıtması “Qarabağ klanı”nın tabutuna vurulacaq sonuncu mıx olacaq”.