Könüllü təşkilatlarının Ağdama səfəri başlayıb - FOTO


Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra könüllü təşkilatlarının nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində səfərdədir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçıları ilk olaraq Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində, İmarət stadionunda olublar.

Burada Ermənistan tərəfindən törədiləb dağıntılar barəsində səfər iştirakçılarına məlumatlar verilib.