Şərt budur: “Erməni terrorçuları Qarabağdan çıxarılmalıdır, amma Rusiya...”

“Yayılan videosüjeti dəqiqləşdirmək lazımdır. Sonra isə məsələyə adekvat addımlar atılmalıdır. Bir məsələ mütləqdir ki, düşmən artıq həddini aşmağa başlayıb”.
Bu sözləri ordumuzun əsgərinin Ağdərədə əsir götürülməsinə dair yayılan video barədə “Sherg.az” a danışan siyasi analitik Samir Hümbətov deyib.  
O, prosesləri belə şərh edib:
“Birincisi, Qarabağda sərhəd yoxdur və bütün Qarabağ Azərbaycanın suveren ərazisidir. İkincisi, 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsinin şərtlərinə uyğun olaraq erməni terrorçuları Qarabağ ərazisindən çıxarılmalıdır.  Amma rus sülhməramlıları bunu hələ də təmin etməyiblər. 
Üçüncüsü, Ermənistan tərəfi yavaş-yavaş mühribədən əvvəlki şəraitə qayıtmağa, daha dəqiq desək, tərəflər arasında gərginliyin daha da artırılmasına çalışır.

Rusiya isə bunu susqunluqla qarşılayır. Dördüncüsü, əgər ermənilər sözügedən hadisəni törədibsə, Azərbaycan mütləq buna adekvat addım atmalıdır.
Hesab edirəm ki, Ermənistanın belə azğınlaşmasının arxasında duran qüvvələr regionda sülhün və əmin-amanlığın tərəfdarı deyillər”.