Bircə yol var:“Xankəndidə Azərbaycan bayrağı dalğalansın" 

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Danışıqlar İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib. Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi avqustun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.

Görüşü “Sherg.az”a şərh Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli qeyd edib ki, bu, ATƏT-in Minsk Qrupunu dirçəltmək istiqamətində atılan ilk addım deyil: 
“Sözügedən qurumun “reanimasiyadan çıxması” Azərbaycandan başqa bütün tərəflərə- Rusiyaya, ABŞ-a, Fransaya, Ermənistana sərf edir. Çünki Moskva Bakı və Ankaranın təzyiqlərinə təkbaşına müqavimət göstərməkdə çətinlik çəkir. Odur ki, ABŞ-la Fransanı da öz cəbhəsinə çəkmək istəyir. Ümumiyyətlə, Qarabağ Qərblə Rusiyanın mövqelərinin üst-üstə düşdüyü yeganə beynəlxalq məsələdir. Və bu, İrəvanın maraqlarına cavab verir. Rəsmi Bakı əvvəlki mövqeyində qalmalı, Minsk Qrupuna ehtiyac olmadığını və konfliktin çözüldüyünü təkcə sözdə yox, həm də əməldə deməlidir. Bunun bircə yolu var: Xankəndidə Azərbaycan bayrağının dalğalanması”.