Qazaxıstan nazir müavini: "Ağdamda hər yer dağıdılıb"


“Ağdam təəssüratlarımız elə də xoş deyil, torpaqlar Azərbaycana qaytarılsa da, hər yer viran qoyulub”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan ticarət və inteqrasiya naziri müavini Kayrat Torəbayev Ağdama səfəri zamanı jurnalistlərə bildirib.

Ermənistan tərəfinin basdırdığı minaların təhlükə mənbəyi olduğunu bildirən qonaq Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi imzalanacağına ümidvar olduqlarını qeyd edib: “Bu münaqişənin başa çatmasından məmnunuq”.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələrinin iqtisadiyyat nazirlərinin dünən Bakıda keçirilən 10-cu görüşünün iştirakçıları Ağdam rayonuna səfər ediblər.