Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişdiriləcək


Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olunub.

Belə ki, sülhməramlıların komandanı planlı rotasiyaya uyğun şəkildə dəyişdiriləcək. Hazırda təhvil-təslim işlərinin getdiyi bildirilir. Sözügedən vəzifədə general-leytenant Gennadi Anaşkini general-mayor Andrey Volkovun əvəzləyəcəyi qeyd olunur.

Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər sülhməramlı kontingentə rəhbərlik edən general-leytenant Rüstəm Muradovun müavini olub.

O, hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəridir.

Mənbə: RİA Novosti