Niderlandlı səyyah: “Azərbaycana Qarabağın tarixini öyrənmək üçün gəlmişik” - FOTO


“Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Biz buraya Qarabağ regionunun tarixini öyrənmək üçün gəlmişik”.

Bu fikirləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən niderlandlı səyyah Boris Kester Şuşada AZƏRTAC-a müsahibəsində bildirib.

Qarabağda dağıdılmış binaları, eyni zamanda, aparılan tikinti işlərini gördüyünü deyən səyahətçi qeyd edib:

“Şuşa çox maraqlı şəhərdir. İnanıram ki, Şuşanın tarixini daha dərindən öyrənəcəyəm”.