Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT

“Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunmaqdadır”.

Oxu.Az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov deyib. 

Onun sözlərinə görə, bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür:

“Yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və Zəfər Yolu ilə müqayisədə 19,4 km qısa olacaqdır. Ötən il iki qardaş ölkənin dövlət başçıları tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir.  

123,6 km uzunluğa malik, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa bu yolun regional əhəmiyyəti də olduqca böyükdür.

Hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb”.