Azərbaycanın qələbəsi İslam dünyası üçün bir nümunədir - Abdulhamid Obada

Biz işğaldan azad olan əraziləri gəzdik. Çox təsirləndik, Azərbaycanlıların qəbirstanlığı, müqəddəs yerlərin dağıdılması bizə çox böyük təsir edir.

Bunu Azərbaycan- İraq dostluq cəmiyyətinin sədri Abdulhamid Obada Trend-in yerli bürosuna açıqlamasında bildirib.

"Biz həmişə Prezident İlham Əliyevi izliyirdik. Dəmir yumruq ermənilərin başlarında çatladı. Və biz çox fəxr edirik ki, Azərbaycan torpqların qaytardı, Azərbaycan düşmənə qalib gəldi. Bu bizim İslam dünyası üçün, bizim hamımız üçün bir nümunədir", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün xarici jurnalistlərin Ağdama səfəri təşkil olunub.