Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılacaq


İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılacaq.


Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” təsdiq edilib.

Bildirilib ki, Reyestrdə müvafiq tikililərin mövcud vəziyyəti (o cümlədən tikilinin istismarına icazə), həmin tikililərdə baş verən dəyişikliklər (məsələn, yenidənqurma, bərpa, təmir işləri), həmçinin həmin tikililərin sökülməsi barədə məlumatlar əks olunur.

Reyestrin tərtib edilməsi və aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.