Baş direktor: “Kamboca minatəmizləmə fəaliyyətində Azərbaycanla əməkdaşlığa hazırdır”

“Kamboca minatəmizləmə sahəsində malik olduğu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Kambocanın Minatəmizləmə Mərkəzinin Baş direktoru Prak Somati (Prak Somathy) bildirib.

Onun sözlərinə görə, Kamboca da ərazilərinin minalarla çirkləndirilməsi problemi ilə üzləşib və bu baxımdan BMT İnkişaf Proqramından (UNDP) dəstək alıb.

“Biz minatəmizləmə sahəsində fəaliyyət göstərir və bu sahədə digər ölkələrlə, o cümlədən Azərbaycanla təcrübəmizi bölüşürük. Cənubi Qafqazda ərazilərin minalardan təmizlənməsi işində iştirak etməyə hazırıq”, - P.Somati deyib.