"Caliber”: Rusiya sülhməramlıları Qarabağda vəziyyəti qəsdən gərginləşdirir

Son günlər Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında bir sıra insidentlər baş verib.

Bu barədə Caliber.Az hərbi dairələrdəki mənbələrə istinadən məlumat verib.

Belə ki, xüsusən də Xocalı rayonunun Fərrux kəndi, həmçinin Ağdərə istiqamətində də xoşagəlməz hadisələr baş verib.

Bu hadisələr Rusiya sülhməramlılarına bölgədə vəziyyəti qəsdən gərginləşdirmək və qaynar nöqtəyə çatdırmaq əmri verildiyini göstərir.