Elxan Şahinoğlu: "Azərbaycan Laçına alternativ koridorun inşaasını bitirmək üzrədir" 

Prezident İlham Əliyev "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" konfransında deyib ki, müharibənin bitməsindən sonra 200-dən artıq hərbçi və mülki vətəndaşımızın minaya düşərək həlak olduğunu və ya ağır yaralandığını xatırladıb. Dövlət başçısı Kəlbəcər istiqamətində minaların müharibədən sonra yerləşdirildiyini bildirib: “Biz onlara 10-20 gün arası vaxt verdik ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılmasına sərf etdilər”.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Prezidentin çıxış etdiyi saatlarda Laçında mina partlaması nəticəsində növbəti vətəndaşımızı itirdik: 

"Azərbaycan Laçına alternativ koridorun inşaasını bitirmək üzrədir. İyun və ya iyul ayında koridor alternativ yola keçəcək. 2020-ci il 10 noyabr bəyanatına görə Laçın şəhəri və ətraf kəndləri nəhayət ki, nəzarətimizə keçəcək. Ermənilər bunu bildiklərindən növbəti təxribata əl ataraq Kəlbəcərdə olduğu kimi çıxdıqları yerləri minalamağa çalışacaqlar. Rusiya sülhməramlıları buna mane olmayacaqlar. Ona görə bütün gücümüzü bunun qarşısını almağa yönəltməliyik, azad olunan əraziləri minalardan təmzlədiyimiz dövrdə erməni separatçılarına Laçını və ətrafını minalamağa imkan verməməliyik".