Çanaq öz başında çatlayacaq ! - "Ermənistan sərt cazalanacaq !” - AKTUAL
Banuçiçək Kalbalıyeva
16:41 17.08.2020
Qarabağ
1994
“Aidiyyəti təşkilatlar ciddi addımlar atılmalıdır. Əks halda qərarı Azərbaycan verəcək”
“Azərbaycan bundan sonra güc amilindən istifadə edəcək”
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində işğalçı dövlətin qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin yaydığı birgə məlumatda deyilir.
Bildirilib ki, “Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb.
2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir.
İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir.
Ermənistanın növbəti məkrli siyasəti barədə “Sherg.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov bu addımların cavabsız qalmadığını söyləyib:
“ATƏT-in Minsk qrupu, həmçinin görünən və görünməyən qüvvələr buna şərait yaratdıqca, ermənilərin həyasızlıqları da davam edəcək. Amma çanaq öz başında çatlayacaq. Ermənistanın sərt cazalanacağı ilə bağlı şübhəm yoxdur.
Biz indiyədək kifayət qədər səbr göstərmişik. Hətta beynəlxalq qurumların sözünə inanaraq, bəlkə də, bir az gecikmişik.
Amma Azərbaycan bundan sonra güc amilindən istifadə edəcək. Çünki Ermənistan havadarlarına inanaraq, necə deyərlər, yetənə yetir, yetməyənə də daş atır. Düzdür, Ermənistanın arxasında duran qüvvələr var. Məsələn Tovuz döyüşləri zamanı Serbiya vasitəsilə düşməni silahlandırdılar.
Amma bu, davamlı olmayacaq. İndi hər kəsin başı öz qayğılarına qarışıb. Ermənistan isə kor öküz kimi kəllə vurmaqdadır. Azərbaycanın gücü Ermənistanla müqayisəyə gəlməyəcək qədər böyükdür. Odur ki, Ermənistanla bağlı ciddi addımlar atılmalıdır. Əks halda qərarı Azərbaycan verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya