Erməni yalanları faktlarla ifşa olundu: “Coğrafi mövqeyə yaxşı bələdəm”
Banuçiçək Kalbalıyeva
11:36 17.08.2020
Qarabağ
1554
“Ermənilər Sərsəng su anbarından axan suyun istiqamətini dəyişə bilməzlər”
“Təxribatlara son verməyin yolu ordumuzun hərbi əməliyyatlara başlamasından keçir”
Ermənistan Azərbaycana qarşı ekoloji terror davam etdirir. Bu barədə Ermənistan KİV-də məlumat dərc olunub. Qondarma Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan Sərsəng su anbarından Azərbaycanın cəbhəyanı rayonlarına axan suyun istiqamətinin dəyişdiriləcəyini deyib. O, “əsrin layihəsi” adlandırdığı layihə ilə bağlı işlərin sürətləndiyini söyləyib:
“Sərsəng su anbarının suyunun istiqamətinin dəyişdirilməsi hesabına suvarılan kənd təsərrüfatı torplaqlarının sayını artıra və bununla da, məhsul istehsalının bir neçə dəfə yüksəldə bilərik”.
Arutunyanın sözlərinə görə, işlər artıq start götürüb və 2022-ci ildə yekunlaşaq. Sərsəng su anbarının suyunun istiqamətinin dəyişdirilməsi hesabına işğal altındakı torpaqlarımızda əlavə 30 min hektar torpaq sahəsi də suvarılacaq. Bunun əvəzində Azərbaycanın cəbhəyanı kəndlərinə su verilməsi azalacaq.
Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə istifadəyə verilmiş və tutumu 565 milyon kubmetr olan Sərsəng su anbarı bu regionun ən iri su anbarıdır. Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı Azərbaycanın 6 rayonunun 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ermənilərin bu təxribatı Azərbaycanın cəbhəyanı bölgədə yaşayan 400 min insanının həyatına təhlükə yaradır.
Düşmənin növbəti təxribatı barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov bu məlumatın yalan olduğunu deyib:
“Araik Arutunyan və onun kimi donuz otaranlar ağıllarına gələni danışırlar. Mən həmin yerlərdə çox olmuşam. Coğrafi mövqeyə yaxşı bələdəm. Ermənilər Sərsəng su anbarından axan suyun istiqamətini dəyişə bilməzlər. Lap buna cəhd etsələr də, maliyyə imkanları çatmaz. Sözegedən layihəyə dünya ermənilərinin malik olduğu varidat qədər vəsait lazımdır. Üçüncüsü isə, ermənilər unutmasınlar ki, o torpaqların sahibləri var. Ən qısa zamanda biz ata-baba yurdumuza geri qayıdacağıq. Lap az qalıb. Həmin vaxt ermənilərin bütün qanunsuzluqlarına son qoyulacaq. Biz Dağlıq Qarabağa geri qayıtmadıqca, bu cür məkrli oyunlar davam edəcək. Amma qayıdacağıq”.
E.Məmmədovun firkincə, təxribatlara son verməyin yeganə yolu Azərbaycan ordusunun hərbi əməliyyatlara başlamasıdır:
“Ermənilərin qanında dilənçilik, qaraçılıq var. Bu gün də Ruminiya, Macarıstan kimi ölkələrdə erməni qaraçıları az deyil. O vaxtlar Əskəran qalasının yaxınlığındakı Qarqar çayı sahilində erməni qaraçıları yaşayırdı. Hətta adlarını da sadalaya bilərəm. Erməni dilənçiyi indi də davam edir. Torbalarını dünyanın başına yığıb, xarici ölkələrdən ianə toplayırlar. O qədər cılız millətdirlər ki, orda oturub Aralıq dənizi barədə danışırlar. Bizim bir yolumuz var-güc metodu tətbiq etmək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə