"Paşinyanın rüsvayçılıqları həm də arxasındakı siyasi elitanın təzahürüdür" - Politoloqun ŞƏRHİ
Banuçiçək Kalbalıyeva
10:56 16.08.2020
Qarabağ
1231
Ermənistan baş naziri Nikol Paşinyanın BBC-in "Hard talk" verilişindəki çıxışı dünya gündəmində geniş müzakirə olunur. Aparıcının verdiyi sualların xarakteri bir daha onu göstərir ki, artıq Qərb də Ermənistandan üz döndərir.
Bunun birinci səbəbi düşmən ölkədəki daxili proseslər və anti-demokratiyadırsa, ikincisi Paşinyanın Ermənistan- Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini davam etdirməsidir.
Bu müsahibə zamanı Paşinyan Münxen konfransındakı biabırçılığı daha kəskin formada təkrarladı.
Politoloq Tofiq Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, Paşinyanın bu rüsvayçılıqları təəccüblü deyil:
"BBC-dəki çıxışı Paşinyanın siyasi cəhətdən hazırlıqsız və təcrübəsiz olduğunu bir daha göstərdi. Professional siyasətçi belə olmamalıdır. O, özünü meydan lideri kimi aparır. Paşinyan baş nazir postuna təyin edilən təsadüfi adamdır. Özünü siyasi lider hesab edən həmin şəxsin rüsvayçılıqları həm də arxasındakı siyasi elitanın təzahürüdür".
T. Abbasovun sözlərinə görə, Ermənistanın yeritdiyi siyasətin müasir dünyada yeri yoxdur:
"Paşinyan başa düşməlidir ki, özünü yazıq cildinə salaraq kimlərdənsə kömək istəmək insan cəmiyyətində qəbul olunmur. Dünya daim irəli gedir, gələcək barədə düşünür, Ermənistan isə geriləyir. Bəzi ölkələr Ermənistana "can, can" desə də, heç biri ona kömək etmir. Çünki bunu istəmir. Ermənistan regionda mövqesizliyi ilə seçilir. Onun bu çürük siyasəti heç vaxt pozitiv nəticə verməyəcək, əksinə, Ermənistanı getdikcə arxaya aparacaq. Belə getsə, Ermənistan yarıtmaz siyasəti ilə öz başına "corab toxuyacaq"".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət