TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1,2 milyard kubmetr artıra biləcək
15:19 31.07.2024
Gündəm
628
Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinin birinci mərhələsinin həyata keçirilməsi 132 milyon avro dəyərində qiymətləndirilir.
Bunu "Report"a müsahibəsində TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib.
“2021-ci ilin bazar sınağı başa çatıb və nəticədə 1 yanvar 2026-cı il tarixinədək boru kəmərinin gücünə əlavə 1,2 milyard kubmetr əlavə edəcək öhdəliklər qəbul edilib”, - o vurğulayıb.
L.Skiepatti qeyd edib ki, TAP istifadəçilərdən alınan öhdəliklərlə əlaqədar əlavə imkanlar təklif etmək üçün zəruri işləri davam etdirir.
TAP AG-nin icraçı direktoru, həmçinin vurğulayıb ki, genişləndirmə çərçivəsində Yunanıstan-Türkiyə sərhədində yerləşən Kipoi (Aleksandroupolis ərazisi) mövcud kompressor stansiyasında daha bir kompressor qurğusu quraşdırılacaq və avadanlıq modernləşdiriləcək.
O bildirib ki, TAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi (Aleksandrupolis ərazisi) mövcud kompressor stansiyasına əlavə bir kompressor qurğusu əlavə edəcək və avadanlığı yeniləyəcək: “Bu işlərin tamamlanması 2026-cı ilin əvvəlində əlavə uzunmüddətli güclərin əlçatan olmasını təmin etmək məqsədimizə çatmaqda əhəmiyyətli bir irəliləyiş olacaq. Bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyonavrodur”.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət