ABŞ Ukraynadan Rusiyanı cilovlamaq üçün bir vasitə kimi istifadə edir -ŞƏRH
Yusif Nəzərli
09:14 24.03.2025
Siyasət
419
"Putin və Tramp arasında aparılan danışıqlar və onların konteksti təsir dairələrinin yenidən bölüşdürülməsində mümkün yeni mərhələni göstərir. Lakin bu proses İkinci Dünya Müharibəsindən sonra Yalta bölgüsündən fərqlənir".
Bunu "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, bu gün mübarizə birbaşa deyil, əsas geosiyasi qovşaqlara, strateji resurslara və qlobal proseslərə nəzarət etmək üçündür:
"Rusiyanın məqsədi odur ki, ABŞ-nin dominant olmadığı çoxqütblü dünya yaradılsın. Postsovet məkanında, xüsusən də Ukrayna, Belarusiya, Qafqazda və Mərkəzi Asiyada təsirini gücləndirsin. Qərbin təsirini əsas bölgələrdən sıxışdırsın. Yaxın Şərq, Afrika və Latın Amerikasında NATO-nun zəifləməsinə və Qərbin parçalanmasına nail olsun. ABŞ isə çalışır ki, Çini əsas rəqib kimi zəiflətsin. Alyans sistemini yenidən formalaşdırsın.Yəni daha az hərbi öhdəlik və daha çox iqtisadi fayda olsun. Həmçinin, Moskvanın Çinlə əməkdaşlığını zəiflətmək üçün Rusiya ilə razılığa gəlməyə çalışır. Aİ-ni öz təhlükəsizliyini ödəməyə məcbur etməklə, Avropanın dünya siyasətindəki rolunu azaltmaq istəyir. Əslində, ABŞ və Rusiya mürəkkəb bir oyun oynayırlar. Onlar "dünyanı bölmək" deyil, mövcud nizamı öz xeyrinə yenidən formatlamağa çalışırlar".
Analitikə görə, hazırkı qarşıdurma bir neçə strateji əhəmiyyətli regionu əhatə edir:
"Rusiya Ukrayna üzərində öz nəzarətini qismən və ya tamamilə qurmaq istəyir. ABŞ Ukraynadan Rusiyanı cilovlamaq üçün bir vasitə kimi istifadə edir. Avropa NATO-nu vahid saxlamağa çalışır, lakin Trampın güc balansını dəyişəcəyindən qorxur. Kompromis mümkündür: - dondurulmuş münaqişə və ya Donbass üçün qismən muxtariyyət. Rusiya bəzi regionları ABŞ-nin təsiri altında qoyur, əvəzində dünyanın digər yerlərində fəaliyyət azadlığı əldə edir. Rusiya Çinlə ticarət etməklə tarazlıq qurur, lakin tam asılılıqdan qaçır. ABŞ Moskva və Pekin arasında müttəfiqliyi zəiflətmək üçün Rusiya ilə danışıqlara cəhd edə bilər. Rusiya və Çin Venesuela, Kuba, Nikaraquaya dəstək verir. ABŞ sanksiyaları və müxalifətə dəstəyi artıraraq bölgəyə nəzarəti bərpa etməyə çalışır. ABŞ və Rusiya təsir dairələri ilə bağlı qeyri-rəsmi saziş bağlaya, Ukrayna neytrallaşa və ya parçalana bilər. Yəni Rusiya təhlükəsizlik zəmanəti alır, lakin ABŞ-nin digər bölgələrdə təsirini tanıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət