Qadınlar depressiyaya daha meyillidir
23:39 09.10.2025
Sağlamlıq
409
Avstraliyalı alimlər müəyyən ediblər ki, qadınların kişilərlə müqayisədə depressiyaya genetik meylliliyi daha güclüdür.
Axşam.az xəbər verir ki, bununla bağlı aparılan araşdırmanın nəticələrini "The Guardian" nəşri yayıb.
Tədqiqat çərçivəsində alimlər 130 mindən çox depressiyalı qadın və 64 min depressiyalı kişi, eləcə də depressiya diaqnozu olmayan 159 min qadın və 132 min kişinin DNT məlumatlarını analiz ediblər. İştirakçılar Avstraliya, Niderland, ABŞ və Böyük Britaniyadan olublar.
Məlum olub ki, depressiya ilə bağlı genetik mutasiyaların əksəriyyəti hər iki cins üçün ortaq olsa da, bəzi spesifik mutasiyalar yalnız qadınlara və ya yalnız kişilərə xasdır. Belə ki, qadınlarda 16, kişilərdə isə yalnız 8 genetik variant müəyyən edilib.
Bundan əlavə, qadınlarda depressiya daha çox metabolik pozğunluqlarla məsələn, çəki dəyişikliyi və xroniki yorğunluq sindromu ilə əlaqələndirilir. Tədqiqatın həmmüəllifi doktor Codi Tomas bu genetik fərqlərin, qadınlarda kişilərlə müqayisədə metabolik simptomların niyə daha tez-tez müşahidə olunduğunu izah edə biləcəyini bildirib.
Alimlər qeyd edirlər ki, bu tədqiqat qadınların həyatları boyunca kişilərlə müqayisədə iki dəfə daha çox depressiyadan əziyyət çəkmələrinin genetik səbəblərini izah edə bilər. Bununla yanaşı, sosial amillər də mühüm rol oynamaqda davam edir. Məsələn, kişilər daha az yardım axtarır, qadınlar isə daha çox seksual xarakterli zorakılığa məruz qalırlar.
"Bu tədqiqat depressiyanın qadınlar və kişilər arasında fərqli yayılma səviyyələrinin əsasən bioloji amillərlə izah oluna biləcəyinə dair sübutları gücləndirməklə yanaşı, gələcəkdə qadınlar və kişilər üçün fərqli farmakoloji müalicə üsullarının inkişaf etdirilməsi perspektivini də gündəmə gətirir" deyə, Yeni Cənubi Uels Universitetinin professoru qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə